2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Apteklərdən elektron reseptsiz dərman almaq mümkün olmayacaq

Azərbaycanda apteklərdən elektron reseptsiz dərman əldə etmək mümkün olmayacaq.

Toplum TV “Report”a istinadən xəbər verir ki, bunu yanvarın 17-də Səhiyyə Nazirliyinin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin şöbə müdiri Kəbutər Mövsümlü bildirib. 

Onun sözlərinə görə, elektron reseptdə yalnız Tarif Şurasının təsdiqlədiyi və dövlət qeydiyyatına alınan dərman vasitələri qeyd olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmi qeyd edib ki, elektron resept məsələsi dövlət tərəfindən pulsuz dərmanlarla təmin olunan müəyyən kateqoriyayadan olan vətəndaşlara şamil edilməyəcək: 
“Bəzi pasiyentlər üçün verilən reseptlərdə 2 və ya 3 möhür tələb olunur. Bu, elektron reseptdə də saxlanılıb. Bundan başqa, elektron reseptdə firma dərmanlarının və ya bioloji aktiv qida maddələrinın yazılması mümkün olmayacaq”.

Kəbutər Mövsümlü elektron reseptlə dərman alınması qaydasına da aydınlıq gətirib:

“Misal olaraq reseptdə yazılan dərman sayı 10 ədəddir, lakin müraciət etdiyi aptekdə yalnız 5 ədəd qalıb. Onda aptekdə olan qədər alınır, amma elektron resept aktiv qalacaq və vətəndaş başqa əczaçılıq müəssisəsində müraciət edib dərman vasitələrini ala biləcək. Yəni qalan dərman sayına görə yenidən resept yazılmasına ehtiyac olmayacaq. Onu da nəzərə alaq ki, resept oxunuşu əczaçılar üçün müəyyən çətinlik yaradırdı, elektron resept sisteminin təşkili ilə bu problem arandan qaldırılmış olur”.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button