2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Araz Əliyev siyasi motivlərlə həbs edilib – “III Respublika Platforması”

Bakı/26.12.23/Turan: “III Respublika Platforması” bəyanat yayaraq, bu siyasi qurumun həmtəsisçisi Araz Əliyevin inzibati qaydada həbsini pisləyib.

Sənəddə qeyd edilir ki, Əliyev dekabrın 23-də saat 18:15 radələrində Bakının Nəsimi rayonunda mülki geyimli şəxslər tərəfindən saxlanılıb. Saxlanılarkən Əliyev fiziki zorakılığa məruz qalıb. O, Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə aparılıb. Burada mülki geyimli polis əməkdaşları III Respublika Platformasını yaranması və fəaliyyəti barədə onu sorğu-suala tutub və ondan elektron cihazların şifrələrini verməsini hədə-qorxu ilə tələb edib.

  Daha sonra Araz Əliyev 24-cü Polis Şöbəsininin polis əməkdaşlarına təhvil verilib. Onun barəsində qanunsuz və əsassız olaraq İnzibati Xətalar Məcəlləsinin 510 (xırda xuliqanlıq) və 535.1-ci (polis əməkdaşının qanuni tələblərinə tabe olmama) maddələri inzibati xəta protokolları tərtib edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məhkəmə iclasında Araz Əliyev ona qarşı verilmiş ittihamların saxta və əsassız olduğunu, tutulmasının real səbəbləri və siyasi motivli olması barədə izahat verib. Bununla belə, məhkəmə onu 25 gün inzibati həbs cəzasına məhkum edib.

Bu müddət ərzində Araz Əliyevin tutulması və barəsində keçirilən məhkəmə haqda ictimaiyyətə məlumat verilməyib. Eləcə də onun ailəsi və vəkilinə çıxışı təmin edilməyib.

Hazırda Araz Əliyevin barəsində tətbiq edilən 25 günlük inzibati həbs tənbeh tədbiri ilə əlaqədar Nizami Rayon Məhkəməsinin qərarından apelyasiya şikayəti və onun tutulduğu zaman məruz qaldığı hüquq pozuntuları ilə əlaqədar şikayətlər hazırlanır.

Bəyanat müəllifləri hesab edirlər ki, Əliyevin hüquqlarının pozulması siyasi motivli repressiya kampaniyasının tərkib hissəsidir və məhz “III Respublika Platforması”nın fəaliyyəti ilə əlaqədardır.

“Hazırda onun pis rəftara məruz qalmamaq, azadlıq və təhlükəsizlik, ədalət mühakiməsi, xəbərləşmə haqları daxil olmaqla bir sıra haqları qeyri-legitim və siyasi motivli olaraq pozulub. III Respublika Platforması olaraq qeyd edirik ki, bu cür repressiv tədbirlər siyasi iştirakçılığın qarşısını almağa və ölkədə mövcud olan ictimai xofu artırmağa xidmət edir.

Lakin bu cür repressiv tədbirlər bizim III Respublika Platforması olaraq fəaliyyət planımızı və bu çərçivədə müəyyənləşdirdiyimiz gündəliyimizi dəyişdirməyəcək”, deyə bəyanatda qeyd edilir.

Bir qrup ictimai-siyasi fəal dekabrın 7-də “Platforma”nın yaradıldığını elan edib. Qurumun məqsədi Azərbaycanda əsl respublika quruluşunu bərqərar etməkdir.

Platformanın qurucu heyətinə ictimai və siyasi fəallar – Akif Qurbanov, Araz Əliyev, Elman Fəttah, Rövşən Ağayev, Ruslan İzzətli, Səməd Rəhimli və Yadigar Sadiqli daxil olub.

Akif Qurbanov 1 il müddətinə qurucu heyətin rəhbəri vəzifəsinə seçilib. 06С

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button