2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

ARB aparıcısı səhvini etiraf etmək əvəzinə hamını təhqir etdi – VİDEO

“O qədər kasad, dar düşüncəli insanlar var ki, sözü tərsindən anlayan, məğzi başa düşməyən və demaqoq”.

Bunu Zümrüd Bədəlova ötən gün aparıcısı olduğu verilişdə Əhməd Cavadın nəvəsi Anar Axundzadə ilə söhbətində onu savadsızlıqda qınayanlara cavabında deyib.

“Kef edin, təki reklamınız getsin. Nə qədər gülürəm sizə. Boşluq idi, bir az başınız qarışsın. Vaxtınız olanda filmin əvvəlinə də baxın, həyatda bir baltaya sap olmamışlar. Xoşum gəlir, travmadan çıxarıram sizi, savabdır”, – deyə aparıcı bildirib.

Saytların yığılması Saytlarin yigilmasi

Xatırladaq ki, ötən gün ARB telekanalının efirində yayımlanan “Xəbər-ətər” proqramına Əhməd Cavadın nəvəsi Anar Axundzadə qatılıb. Veriliş zamanı aparıcı verdiyi sual ilə sosial şəbəkədə qınaq obyektinə çevrilib. Belə ki, aparıcı, A. Axundzadəyə “Babanızı görmüsünüzmü?” sualını ünvanlayıb. Müsahib isə “Babam 37-ci ildə güllələnib” deyə cavab verib. (Qafqazinfo)

24 saat” “ARB aparıcısı səhvini etiraf etmək əvəzinə hamını təhqir etdi – VİDEO” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button