İqtisadiyyat
ASAN Xidmətin rəhbəri nazir təyin edildi

Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN Xidmət) rəhbəri İnam İmdad oğlu Kərimov kənd təsərrüfatı naziri təyini edilib.
Bu, prezident İlham Əliyevin yeni hökumətin tərkibinin təsdiq olunması ilə bağlı imzaladığı sərəncamda əks olunub.
Qeyd edək ki, buna qədər quruma rəhbərliyi Heydər Əsədov edib. (APA)