2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Asip Kaya: “Naxçıvanda Türkiyənin 1 350 seçicisinin səs verməsi gözlənilir”

Naxçıvanda II turda Türkiyənin 1 350 seçicisinin səs verməsi gözlənilir.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un yerli bürosunun məlumatına görə, bu barədə Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş konsulu Asip Kaya jurnalistlərə bildirib.

O, qeyd edib ki, Türkiyədə mayın 14-də prezident və parlament seçkiləri keçirilib: “Lakin prezident seçkilərində hər hansı namizəd 50 %-dən artıq səs toplaya bilmədiyi üçün ikinci tur keçirilir. Türkiyədə seçkilərin ikinci turu mayın 28-də keçiriləcək. Ancaq xaricdə yaşayan türkiyə vətəndaşları üçün fərqli tarixdə keçirilir. Baş Konsulluqda bu gün, sabah və 22-də vətəndaşlarımız saat 8-dən 22-dək bura gələrək səslərini verə bilərlər. Keçən dəfə (birinci tur) 1 033 vətəndaşımız səs verib”.

Qeyd edək ki, xarici ölkələrdə yaşayan Türkiyə vətəndaşlarının mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu ilə bağlı səsverməsi başlayıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button