2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

AŞPA-da 24 deputat Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçi təyin olunmasını istəyir

“Azərbaycanda siyasi motivli təqiblərin araşdırılması zərurəti” adlı sənəddə həbslərdən bəhs edilir

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 24 deputatı Azərbaycanda siyasi məhbuslar üzrə yeni məruzəçi təyin edilməsi təklifini irəli sürüb.

Avropa Şurasında tərəfdaş statusuna malik olan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun direktoru Emin Hüseynov “Turan”a bildirib ki, isveçrəli deputat Sibel Arslanın təşəbbüsü ilə hazırlanmış müvafiq vəsatəti Avstriya, Böyük Britaniya, Kipr, Almaniya, Portuqaliya, İspaniya, Belçika, Rumıniya, İrlandiya, Türkiyə, İtaliya, Yunanıstan, Moldova və İslandiyadan daha 23 deputat dəstəkləyib.

Saytların yığılması Saytlarin yigilmasi

Onun sözlərinə görə, “Azərbaycanda siyasi motivli təqiblərin araşdırılması zərurəti” adlı sənəddə “2023-cü ildə azərbaycanlı jurnalistlərə, həmkarlar ittifaqı fəallarına, ekoloji fəallara, müxalifətçilərə və vicdan məhbuslarına qarşı repressiyaların güclənməsi ilə bağlı narahatçılıq” ifadə olunur.

Bildirilir ki, ötən 12 ayda Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin sayı 2 dəfə artıb. Əvvəl siyahıda 99 nəfər var idisə, indi  200 nəfəri keçib.

“Azərbaycanda vətəndaş cəmiyyətinə qarşı repressiyalar hər zaman olduğundan daha aydın görünür və bu, tənqidi səslərin qorxudulmasının və susdurulmasının əsas aləti olaraq qalır”, – deyə sənəddə bildirilir.

“Korrupsiyaya qarşı mübarizə sahəsində məşhur ekspert, iqtisadçı və müxalifətçi Qubad İbadoğlunun özbaşına həbsi, onun səhhətinin gündən-günə pisləşməsi” xüsusi olaraq qeyd edilir.

Daha bir “açıq-aşkar” siyasi motivli həbs kimi Harvard Universitetinin məzunu Bəxtiyar Hacıyevin işi göstərilib. Sənəddə göstərilir ki, o, 2022-ci ilin dekabrında “sadəcə olaraq Azərbaycanda insan hüquqları və demokratiya sahəsində Avropa Şurasının dəyərlərinin təşviqi üçün qrantlarından istifadə etdiyi Avropa Demokratiya Fondu ilə əməkdaşlığına görə” qondarma ittihamla həbs edilib.

“Parlament Assambleyası artan siyasi məhbus problemini araşdıracaq məruzəçi təyin etməlidir. Assambleya Azərbaycan hakimiyyətini Avropa İnsan Hüquqları Konvensiyasına riayət etməyə və insan hüquqlarının pozulmasına son qoymağa, habelə bütün siyasi məhbusları dərhal və qeyd-şərtsiz azad etməyə çağırmalıdır”,- deyə bəyanatda qeyd edilir.

AŞPA artıq iki dəfə Azərbaycanda siyasi məhbuslar haqqında hesabatlara baxıb.

2013-cü ildə Kristof Ştrasserin məruzəsi qəbul olunmayıb, lakin 2020-ci ildə AŞPA Sunna Evardsottirin hesabatı əsasında hazırlanmış qətnaməni qəbul edib. Bu sənəddə Azərbaycan hakimiyyətinə bütün siyasi məhbusları dərhal azad etmək çağırışı yer alırdı.

Hazırda Evardsottir bütün AŞ ölkələrində siyasi məhbuslar üzrə baş məruzəçidir.

24 deputatın təşəbbüsü AŞPA Daimi Komitəsi və Bürosu tərəfindən təsdiq olunmalıdır, bundan sonra Assambleyanın müvafiq komitəsi məruzəçi təyin edəcək.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button