Loading...
Loading...
Siyasət

Ermənistan-Azərbaycan münaqişəsinin nəticələri haqqında məruzə dinlənəcək

ErmənistanAzərbaycan arasında bu yaxınlarda baş vermiş faciəvi münaqişədən sonra AŞPA-nın Miqrasiya Komitiəsi hər iki ölkə üçün yaxın və uzaq gələcəkdə humanitar nəticələrin aradan qaldırılması və sülh və barışıq prosesinə doğru irəliləmə üzrə bir sıra tövsiyələr hazırlayıb. Bu barədə AŞPA-nın saytında yer alan məlumatda deyilir.

Hər iki ölkəyə səfər etmiş Pol Qavanın (İrlandiya, UEL) hesabatı əsasında qətnaməni və tövsiyəni təsdiq edən komitə bildirib ki, 44 günlük müharibə ilə bağlı “çoxsaylı ittiham və cinayətlərdən, hərbi cinayətlərdən və digər qanunsuz əməllərdən narahatdır”.

Komitə hər iki ölkəni “ittihamları tam şəkildə araşdırmağa və təqsirli bilinən hər kəsi, o cümlədən komandanlıq səviyyəsində olanları məsuliyyətə cəlb etməyə”, həmçinin onlara qarşı verilmiş şikayətlərlə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi ilə tam həcmdə əməkdaşlıq etməyə çağırıb.

“Hesabatlılıq olmasa və hər hansı həqiqət və barışıq forması olmasa, bu ittihamlar nəsillər boyunca iki ölkə arasında münasibətləri zəhərləyəcək və münaqişənin nəticələri davam edəcək”, deyə Komitədən qeyd ediblər.

Azərbaycanın 12 iyun 2021-ci il tarixində 15 ermənini, daha sonra 3 iyul 2021-ci il tarixində daha 15 nəfəri azad etməsini, bunun nəticəsində vətənə qayıdanların sayının 100 nəfəri keçməsini alqışlayan komitə Azərbaycan hakimiyyətini bütün əsirlikdə qalan şəxsləri azad etməyə və Ermənistana qaytarmağa çağırıb.

Komitə noyabrda elan edilmiş atəşkəsdən sonra 159 azərbaycanlının və 5 erməninin minaya düşərək həlak olması və ya yaralanması ilə bağlı təəssüfünü bildirib və Ermənistanı “onda olan bütün minalanmış sahələrin xəritələrini dərhal verməyə” çağırıb.

2021-ci ilin mayından sonra sərhəddə baş vermiş müxtəlif hadisələrdən sonra parlamentarilər hər iki tərəfi gərginliyi azaltmağa və sərhədin demarkasiyası prosesi haqqında danışıqlara başlamağa çağırıb.

Məcburi köçkünlərə gəlincə, komitə beynəlxalq ictimaiyyəti Ermənistanı və Azərbaycanı dəstəkləməkdə davam etməyə çağırıb və hər iki ölkəni Avropa Şurasının təcrübəsindən səmərəli şəkildə istifadə etməyə çağırıb. Komitə həmçinin hər iki ölkəyə ədavət salınmasına, habelə ədavət zəminində cinayətlərə qarşı mübarizə addımları atmağı, o cümlədən Avropa Şurasının yardımı ilə müvafiq qanunvericiliyi qəbul etməyi tövsiyə edib.

Komitə qeyd edib ki, uzanan münaqişə regionun mədəni irsinə və mülkiyyətinə “dəhşətli” təsir göstərib.

Komitə üzvləri Qavanın sentyabrın 27-də payız plenar iclasında müzakirə ediləcək məruzəsinə əlavə edilən iki xüsusi rəy təqdim ediblər. -02D-

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  RT və Sputnik-in YouTube kanalları Avropada bloklanır

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button