2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

ATƏT-in monotorinq qrupu minaya düşüb,ölən və xəsarət alanlar var

ATƏT-in monitorinq missiyasının Ukraynanın şərqində minaya düşməsi nəticəsində qurumun 1 əməkdaşı ölüb, ikisi isə yaralanıb.

Bu barədə AzadlıqRadiosu France-Press agentliyinə istinadla xəbər yayıb.

Saytların yığılması Saytlarin yigilmasi

Hazırda ATƏT-ə sədrlik edən Avstriyanın xarici işlər naziri Sebastian Kurz aprelin 23-də özünün Tvitter səhifəsində məlumatı təsdiqləyib.

O, cavabdehlərin məsuliyyətə cəlb olunacaqlarını bildirib.

Ukraynanın xarici işlər nazirirliyi də məlumatı AzadlıqRadiosuna təsdiqləyib.

Ölənin amerikalı tibb işçisi, xsarət alanlardan birinin isə alman olduğu bildirilir.Yaralılar xəstəxanaya götürülüblər.

AzadlıqRadiosu Rusiya xidmətinin məlumatına görə, müşahidəçilərin patrul maşını Luqansk vilayətinin Prişib kəndi ərazisində fuqasa düşüb.

Bu kənd Slavyanoserbsk rayonunda yerləşir və məlumatlara görə bu bölgə separatçıların nəzarətindədir.

Qeyd edək ki, 2014-cü ildən bu yana Ukraynanın şərqində rusiyapərəst separatçılarla Ukrayna ordusu arasında silahlı toqquşmalar gedir.

Bu müddət ərzində ümumilikdə 9 mindən çox adam ölüb.

Hazırda bu bölgədəki təmas xətləri arasında gərginliyi azaltmaq məqsədilə ATƏT-in 700-dən çox beynəlxalq müşahidəçisi fəaliyyət göstərir.

57 ATƏT ölkəsi, o cümlədən Ukrayna, Rusiya və ABŞ, bu missiyanın mandatını daha bir il uzatmaq qərarına gəliblər.

ATƏT-in müşahidəçilər missiyası bölgədə 2014-cü ildən yerləşdirilib və bununla 3-cü dəfədir ki, mandatı uzadılır.

ABŞ və Qərb ölkələri Ukraynanın şərqindəki münaqişə və 2014-cü ildə Krımın ilhaqına görə Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edib.

Qərb Rusiyanı Ukraynanın şərqindəki separatçıları dəstəkləməkdə günahlandırır.

Moskva ittihamı rədd edir.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button