2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Atatürk Türkiyənin Gəncədəki Baş Konsulluğunda anılıb

Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kamal Atatürkün vəfatının 85-ci ildönümü ilə əlaqədar bu ölkənin Gəncədəki Baş Konsulluğunun “Nuri Paşa” zalında anım mərasimi keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un Qərb bürosunun məlumatına görə, tədbirdə diplomatik nümayəndəliyin əməkdaşları ilə yanaşı, Gəncə Şəhər İcra Hakimiyyətinin rəhbərliyi, rəsmilər, şəhər ziyalıları, şəhərdə təhsil alan türkiyəli tələbələr iştirak ediblər.

Çıxışçılar Atatürkün həyatından söhbət açıb, onu hörmətlə yad etdiklərini vurğulayıblar.

Qeyd edək ki, Qazi Mustafa Kamal Atatürk 1938-ci il noyabrın 10-da İstanbulda Dolmabağça sarayında vəfat edib. Cənazəsi noyabrın 21-də müvəqqəti olaraq Ankara Etnoqrafiya Muzeyində dəfn edilib, Mavzoleyin inşasından sonra isə 1953-cü il noyabrın 10-da oraya köçürülüb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button