Loading...
Loading...
Texnologiya

Avropa Birliyi ölkələrində bütün elektron cihazlar üçün vahid USB Type-C girişi üzrə qanun təsdiqlənib

    Avropa Parlamenti Avropa Birliyi ölkələrində satılan cihazlarda USB Type-C standartının vahid şarj girişi kimi istifadə edilməsi təklifini təsdiq edib. USB Type-C, Micro-USBLightning kimi şarj girişi standartlarının bütün elektron cihazlar üçün standartlaşdırılması üzrə qanundakı dəyişiklikləri əhatə edən müzakirələr Brüsseldə baş tutub. Müzakirələr çərçivəsində Avropa Parlamentinin daxili bazar və istehlakçıların müdafiəsi komitəsinin üzvləri razılaşıblar ki, Avropa Birliyi ölkələrində satılan smartfonlar, planşetlər, rəqəmsal kameralar, qulaqlıqlar, portativ oyun konsolları, portativ səsgücləndiricilər və digər elektron cihazlar vahid şarj girişinə sahib olmalıdırlar.

    Bu məsələdə smart saatlar, fitnes qolbaqlar və öz kiçik ölçüləri səbəbilə USB Type-C girişinə sahib ola bilməyən digər cihazlar istisna olacaqlar. Həmin cihazlar yeni qanundan azad ediləcəklər. Avropa Birliyi ölkələrində satılan elektron cihazlarda USB Type-C-nin vahid şarj girişi kimi çıxış etməsinin lehinə Avropa Parlamenti komitəsinin 43 üzvü, əleyhinə isə 2 üzvü səs verib. Növbəti mərhələdə bu məsələ ilə bağlı qanunun tərtib və qəbul edilməsi reallaşdırılacaq. Yeni qanun layihəsinin Avropa Parlamentinin may ayında keçiriləcək növbəti plenar sessiyasında təqdim ediləcəyi gözlənilir.

    Gözləntilərə əsasən Avropa Birliyi regionunda elektron cihazların vahid şarj girişinə keçid etmələri üçün müəyyən vaxt lazım olacaq. Buna görə də sözügedən qanun 2024-cü ildən tez qüvvəyə minməyəcək. Bundan əlavə olaraq 2026-cı ilə kimi Avropa Birliyində naqilsiz şarj texnologiyasının nizamlanması da planlaşdırılır. Vahid şarj girişi standartının müxtəlif cihazlarda istifadəsi nəticəsində istifadəçilər yeni məhsul aldıqları zaman yeni şarj naqili və ya cihazı əldə etməli olmayacaqlar. Avropa Birliyinin verdiyi məlumata əsasən təkcə şarj cihazları qismində illik elektron tullantıların həcmi 11.000-13.000 ton təşkil edir.

Gözdən qaçırmayın:  Google Glass əsaslı təkmilləşdirilmiş smart eynəklər görmə problemi yaşayan insanlara yardımçı olurlar

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button