2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Avropa Ittifaqı: “Azərbaycan öz beynəlxalq öhdəliklərinə zidd hərəkət edir

Aİ jurnalistlərin həbsindən narahat olduğunu bildirir

Azərbaycanda jurnalistlər, siyasi fəallar saxlanılır, həbs edilir. İnsan hüquqları, o cümlədən fundamental azadlıqlar və qanunun aliliyi Azərbaycan və Avropa İttifaqı arasında münasibətlərin mühüm elementləridir”.

Avropa İttifaqının Azərbaycanla bağlı yaydığı məlumatda belə deyilir.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edilir ki, son vaxtlar jurnalistlər Ülvi Həsənli, Sevinc Vaqifqızı, Məhəmməd Kekalov, Əziz Orucov, Rüfət Muradlı, Nərgiz Absalamova, Teymur Kərimov, İbrahim Hümbətov, o cümlədən Hafiz Babalının qanunsuz həbsləri müstəqil jurnalistika məkanının daralması və məhdudiyyətlərlə bağlı ciddi narahatlıq yaradır:

“Azərbaycan öz beynəlxalq öhdəliklərinə zidd hərəkət edir. İfadə azadlığını boğur”.

Avropa İttifaqı həmçinin hüquq müdafiəçisi İlhamiz Quliyev və siyasətçi Tofiq Yaqublunun həbsindən, iqtisadçı Qubad İbadoğlunun və vətəndaş cəmiyyəti fəalı Bəxtiyar Hacıyevin həbs müddətinin uzadılması qərarından təəssüflənir.

“Avropa İttifaqı Azərbaycanı öz fundamental hüquqlarından istifadə etdiklərinə görə həbs edilənləri azad etməyə, müstəqil jurnalistika və ifadə azadlığı üçün azad və maneəsiz yer təmin etməyə çağırır”.

Sonda bildirilir ki, Avropa İttifaqı Azərbaycanla insan hüquqları sahəsində dialoqu və əməkdaşlığı davam etdirməyə sadiqdir.

Meydan.tv

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button