2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Avstriya və Türkiyə Vyana toqquşmalarına görə qarşılıqlı ittiham səsləndirir


Avstriya və Türkiyə iyunun 29-da ötən həftə Vyanada etnik türklərlə kürdlər arasında baş vermiş dava-dalaşa görə bir-birlərini kəskin ittiham ediblər.

Reuters yazır ki, insident ötən çərşənbə günü bir qrup türkün kürdlərin toplanışına müdaxilə etməsi səbəbindən yaranıb.

Bunun ardınca cümə axşamı və cümə günü polisin hesablamasına görə 300-dək kürd etiraz aksiyası keçirib və eyni zamanda əks-aksiya keçirən türklərlə toqquşub.

Saytların yığılması Saytlarin yigilmasi

Toqquşanlar bir-birlərini daş və fişəng atəşinə tutublar.

Böyük türk icmasına malik Vyanada belə insidentlər nadir hadisədir. Buna baxmayaraq Avstriya kansleri Sebastian Kurz Türkiyə prezidenti Recep Tayyip Erdoğanın qatı tənqidçilərindən sayılır və iki ölkənin hökumətləri insidentə münasibətlə bağlı qarşılıqlı ittiham səsləndirib.

 

Avstriya Xarici İşlər Nazirliyi bildirib ki, nazir Alexander Schallenberg Türkiyənin ölkədəki səfirini gərginliyin azaldılması əvəzinə, “oda benzin tökməkdə” ittiham edib.

Ankara PKK-nı ittiham edir

İyunun 29-da səhər Türkiyənin Xarici İşlər Nazirliyi Avstriyanı etirazlar barədə tədbirsizlikdə ittiham edib.

Nazirlik bildirib ki, toqquşmanı qadağan olunmuş PKK-ya bağlı etirazçılar qızışdırıblar.

Türkiyə bildirib ki, Avstriya səfiri XİN-ə dəvət olunacaq və ona Ankaranın narahatlığı barədə məlumat veriləcək.

 

Türkiyə tərəfi Avstriya təhlükəsizlik qüvvələrini etnik türklərə qarşı “sərt” davranışda ittiham edib.

Avstriya isə bildirir ki, polis daha ağır insidentin önlənməsi məqsədilə müdaxilə edib və toqquşmaları kimin qızışdırdığı təhqiq olunur.

Avstriyanın Daxili İşlər Nazirliyi 7 polis nəfərinin xəsarət aldığını və 11 nəfərin həbs edildiyini bildirib.

Lakin Avstriya XİN daha sərt bəyanat verib:

“Biz nümayişçilərin terror təşkilatlarının dəstəkçisi kimi qələmə verilməsinin əleyhinəyik. Nazir təcili qayada gələcəkdə belə bəyanatlardan çəkinilməsinə çağırır”.

Kürd separatçıların PKK təşkilatı 1984-cü ildən bəri Türkiyədə silahlı mübarizə aparır. O vaxtdan bəri bu münaqişədə 40 mindən çox insan həlak olub.

PKK Türkiyədə və Avropa İttifaqında terrorçu təşkilat sayılır.

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button