2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

“Avtovağzal” stansiyasına su sızır

Bakı Metropoliteni “Avtovağzal” stansiyasının keçidlərindən birinə su sızıb. Sızıntıya səbəb ərazidə yerləşən su quyuları olub.

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev “Report”a açıqlamasında sızma faktını təsdiqləyib və tezliklə problemin aradan qaldırılacağını deyib.

“Bu nə boru partlaması, nə də kanalizasiya sularıdır. Ərazidə quyular yerləşir ki, həmin quyulara stansiya ərazisindəki suları yığaraq “Azərsu” ASC-nin kollektorlarına vururuq. Bu, məhz həmin quyulardan birindən sızan sudur. Böyük axıntı yoxdur. Tunelə sızma və yuxarıdan axma kimi heç bir qorxulu hal yoxdur. Artıq əməkdaşlarımız oradadır və tezliklə problem aradan qaldırılacaq”, – deyə Metropoliten rəsmisi qeyd edib.

Saytların yığılması Saytlarin yigilmasi

 

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button