2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

AXCP fəalına qarşı cinayət işi açılıb

AXCP fəalı Əlizamin Salayevə qarşı CM-in 128-ci maddəsi (qəsdən sağlamlığa yüngül zərər vurma) ilə cinayət işi açılıb. İstintaqı Salyan Rayon Polis İdarəsi aparır. Bu barədə Ə. Salayev özü məlumat verib.

AXCP fəalı 2019-2020-ci illərdə İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisin qanuni tələbinə tabe olmamaq) ilə 7 dəfə 15 sutkadan 30 sutkayadək müddətə inzibati həbs edilib.

Saytların yığılması Saytlarin yigilmasi

Ə. Salayev fevralın 24-də əməliyyat olunub. “Cərahiyyə əməliyyatından sonra evimdə müalicəmi davam etdirirdim. Martın 2-də keçmiş qonşum Coşqun Nuriyev mənə baş çəkmək adı ilə evimə gəldi. İçkili idi. Birdən başını həyətin qapısına çırparaq özünə xəsarət yetirdi. Sonradan öyrəndim ki, məndən polisə şikayət edib. İndi mənə qarşı Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə cinayət işi açıblar. Bundan öncə isə Salyan rayon polis şöbəsinin təhqiqat bölməsinin rəisi Həmzə Əzizov CM-in 147 (böhtan) və 148-ci (təhqir) maddələri ilə barəmdə şikayət verib. Martın 29-da məhkəmənin hazırlıq iclası olacaq”, – AXCP fəalı bildirib.

Turan

24saat.org

Mənbə – azadliq.info

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button