2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Aydın Əliyev ukraynalı həmkarı ilə görüşdü

Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyev Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Komitədən Publika.az-a verilən məlumata görə, komitə sədri A.Əliyev iki ölkə arasında mövcud əlaqələrdən söhbət açıb və Azərbaycan-Ukrayna əlaqələrinin müxtəlif sahələrdə, o cümlədən, gömrük işi sahəsində genişləndirilməsi üçün böyük potensialın olduğunu vurğulayıb. Azərbaycan gömrük xidmətinin Ukrayna Dövlət Gömrük Xidməti ilə qarşılıqlı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu nəzərə çatdıran A.Əliyev bu baxımdan tərəflər arasında əlaqələrin inkişafının və inteqrasiyasının vacibliyini bildirib.

Ukrayna Dövlət Fiskal Xidmətinin sədri Roman Nəsirov Azərbaycan gömrük orqanlarının yaradılmasının 25 illiyi münasibətilə təbrik sözlərini ifadə edərək, eyni zamanda, Azərbaycana yenidən səfər etməsindən və burada hərtərəfli inkişafdan, eləcə də gömrük işində əldə edilən uğurlardan məmnun qaldığını söyləyib. Ukraynanın Azərbaycanla bütün sahələrdə, o cümlədən, gömrük işində əməkdaşlığın genişləndirilməsində maraqlı olduğunu bildirən R.Nəsirov Azərbaycan gömrük xidməti ilə xüsusən informasiya texnologiyalarının tətbiqi və kinoloji işlə bağlı təcrübə mübadiləsinin ümumi işə fayda verdiyini vurğulayıb.

Saytların yığılması Saytlarin yigilmasi
Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button