Cəmiyyət

Aydın Məmmədov vəfat edib – FOTOLAR

Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Aydın Məmmədov vəfat edib.

Aydın Yusif oğlu Məmmədov 15 may 1932-ci ildə ziyalı ailəsində dünyaya gəlib.

Ali təhsilini bitirdikdən sonra 1957-ci ildə Sumqayıt şəhər Komsomol Komitəsinin birinci katibi, Azərbaycan Lenin Kommunist Gənclər İttifaqının Mərkəzi Komitəsinin birinci katibi vəzifələrində işləyib.

Daha sonra təhsilini Ali Partiya Məktəbində davam etdirib, İctimai Elmlər Akademiyasının aspirantı olub, iqtisadiyyat üzrə namizədlik dissertasiyasını müdafiə edib. 1964-cü ildən Azərbaycan SSRİ Maarif nazirinin müavini, Bakı şəhəri Oktyabr (Nəsimi-Yasamal) rayon Partiya Komitəsinin birinci katibi, 1971-1981-ci illər Bakı Şəhər İcra Hakimiyyətinin sədri, 1981-ci ildən Mingəçevir Şəhər Komitəsinin birinci katibi vəzifələrində çalışıb.

1983-cü ildə Azərbaycan SSRİ Əhaliyə Məişət xidməti naziri olub və 1988-ci ildən Azərbaycan Xalq Nəzarəti Komitəsinin sədri vəzifəsində çalışıb. O, səkkizinci, doqquzuncu, onuncu, on birinci çağırış Azərbaycan Ali Sovetinin deputatı seçilib.

Oktyabr inqilabı və Qırmızı Əmək Bayrağı ordenləri ilə təltif edilib.

Aydın Məmmədov Bakı şəhərinə rəhbərlik etdiyi dövrdə, paytaxtda tikinti-quruculuq işləri, bir sıra yaşayış massivləri, metro stansiyalar, məktəblər, tibb ocaqları, mədəniyyət sarayları tikilərək istifadəyə verilib.

Onların içində Heydər Əliyev Sarayı, gözəlliyi ilə xalq sevgisini qazanmış Filarmoniya və Şəlalə parkları yer alır.

24 saat” “Aydın Məmmədov vəfat edib – FOTOLAR” başlıqlı yazını “Pressklub”a istinadən dərc edib

Xeberler

Gözdən qaçırmayın:  Bakıda 29 il əvvəl törədilmiş qətlin üstü açılıb

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button