2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Aytac Əliyeva və bacısına hökm oxundu

Binəqədi rayon bələdiyyəsinin keçmiş sədri, YAP fəalı Aytac Əliyeva və bacısı İlknur Əliyevaya (Turkut) hökm oxunub. 

Toplum TV xəbər verir ki, dekabrın 5-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesə hakim Rasim Sadıxova rəhbərlik edib. 

Prosesdə son söz deyən Aytac Əliyeva və İlknur Turkut bəraət istəyiblər.

Saytların yığılması Saytlarin yigilmasi

Ardınca məhkəmə müşavirəyə gedib, müşavirədən sonra isə hökm oxunub.

Beləliklə, Aytac Əliyeva 7 il müddətinə, İlknur Turkut isə 6 il müddətinə azadlıqdan məhrum edilib. İlknur Turkut məhkəmə zalında həbs olunub. Hökmdə qeyd olunub ki, Aytac Əliyeva 3 il dövlət sektorunda işləyə bilməz.

Bacılar 2021-ci ildə saxlanılaraq istintaqa cəlb olunublar. Aytac Əliyeva Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda dələduzluq) və 320-ci (saxta sənəd hazırlama) maddələri, İlknur Turkut isə 178.3.2-ci (külli miqdarda dələduzluq) maddəsi ilə ittiham olunurdu.

Hazırda Aytac Əliyeva həbsdə, İlknur Turkut isə ev dustaqlığında idi.

İttihama görə, bacılar aldatma yolu ilə bir neçə nəfərin əmlakını ələ keçirib. Onlar özlərini qızıl-zinət əşyalarının alqı-satqısı ilə məşğul olan geniş əlaqələrə sahib şəxslər kimi təqdim edib və zərərçəkmişləri qızıl alverindən yaxşı gəlir götürəcəklərinə inandırıblar. İttihamda qeyd edilir ki, bacılar 9 nəfərə qarşı 1 milyon manata yaxın dələduzluq ediblər. Amma özlərini təqsirli bilmədiklərini deyirlər.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button