2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan beynəlxalq pasport indeksində 70-ci yeri tutub

Bakı/10.01.24/Turan:  Yanvarın 10-da Henley & Partners şirkəti Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) məlumatlarına əsaslanan dünya pasport indeksini açıqlayıb.

İlk dəfə altı ölkə rekord sayda vizasız səyahət ilə birinci yeri tutub: Almaniya, İtaliya, İspaniya, Fransa, Sinqapur və Yaponiya. Bu ölkələrin pasport sahibləri 227 ölkədən 194-nə vizasız  səyahət edə bilər.

Cənubi Koreya, Finlandiya və İsveç ikinci yeri tutublar (vizasız 193 istiqamət), Avstriya, Danimarka, İrlandiya və Hollandiya üçüncü yeri paylaşıblar (192).

Saytların yığılması Saytlarin yigilmasi

Böyük Britaniya dördüncü  (191), ABŞ isə yeddinci yerdədir (187).

Ötən il Azərbaycan Keniya, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanı ilə vizasız yerdəyişmə haqqında sazişlər imzalayıb və 70-ci yerə yüksəlib. Azərbaycan pasportu dünyanın 72 ölkəsinə vizasız giriş imkanı verir.

Bu il Ermənistan 74-cü, Türkiyə isə 52- ci yeri tutub.

*Dünya pasportlarının indeksi onların sahiblərinin vizasız giriş əldə edə biləcəyi (və ya gəldiyində viza ilə daxil ola biləcəyi) istiqamətlərin sayına görə bütün dünya pasportlarının reytinqidir. Reytinqi 19 il öncə Henley & Partners şirkətlər qrupunun təsisçisi Kris Kelin yaradıb. -0-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button