Siyasət
Azərbaycan Müdafiə Nazirliyinin nümayəndə heyəti Tbilisidə Heydər Əliyevin adibəsini ziyarət edib
Azərbaycan Müdafiə Nazirliyi nümayəndə heyəti Gürcüstana səfəri çərçivəsində Tbilisidə “Qəhrəmanlar meydanı” və Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib.
“Report”un yerli bürosu xəbər verir ki, əvvəlcə hərbi orkestr tərəfindən Azərbaycan və Gürcüstan dövlətlərinin himnləri səsləndirilib.
Ziyarətdə müdafiə nazirinin müavini – Baş direktor Aqil Qurbanov, müdafiə nazirinin müavini – Hərbi Hava Qüvvələri komandanı, general-leytenant Ramiz Tahirov, Gürcüstan tərəfindən müdafiə nazirinin müavini, general-leytenant Zaza Çikaidze iştirak edib.
Mənbə:Report