Siyasət
Azərbaycan Qarabağa qanunsuz daxil olan İran yük maşınlarını cəzalandırır
Bakı / 09/12/21 / Turan: Artıq xəbər verdiyimiz kimi, Bakı Rusiya sülhməramlılarının xarici vətəndaşları və avtomobilləri Qarabağa buraxmasına görə Rusiya Müdafiə Nazirliyinə etiraz etdi. Söhbət İrandan Laçın dəhlizi ilə Qarabağa yanacaq və digər mallar daşıyan yük maşınları və benzin tankerlərindən gedir.
Açıqlama verildikdən dərhal sonra müvafiq addımlar atıldı. Belə ki, geri dönərkən, İran yük maşınları Goris-Kafan magistral yolunda, bu yolun Azərbaycan ərazisindən Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində saxlanılır. Erməni KİV-lərinin yazdığına görə, İran yük maşınları Azərbaycan ərazisindən icazəsiz keçdiyinə görə 100 dollar cərimə olunur. -02V-