2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb

Bakıda Azərbaycan və Serbiya arasında ikitərəfli hərbi əməkdaşlığa dair danışıqlar aparılıb. Danışıqlarda iki ölkənin Müdafiə nazirliklərinin nümayəndələri iştirak ediblər. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin məlumatlnda deyilir.

Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində keçirilən görüşdə iki ölkənin hərbi idarələri arasında əlaqələrin cari vəziyyəti və perspektivləri müzakirə edilib, qarşılıqlı maraq doğuran mövzular üzrə hərtərəfli fikir mübadiləsi aparılıb.

Danışıqların yekunlarına əsasən Azərbaycan və Serbiya Müdafiə nazirlikləri arasında 2024-cü il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button