ManşetSosial

Azərbaycanda əmək pensiyalarının minimum həddi artırılır

Orta aylıq əmək pensiyası 5 faizə qədər artacaq.1

Azərbaycanda əmək pensiyalarının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq.  24saat.org xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev keçirdiyi mətbuat konfransında deyib. 

O bildirib ki, prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyasının minimum məbləğinin əhəmiyyətli şəkildə artırılmasına dair qanunvericilik layihəsi hazırlanaraq Milli Məclisə təqdim olunub:

“Bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği 116 manatdan 160 manata çatdırılacaq, nəticədə, 233 min nəfərin pensiyasında artım olacaq”.

Nazir əlavə edib ki, yanvarın 1-nə olan məlumata görə, Azərbaycanda orta aylıq əmək pensiyası 222 manat, yaşa görə pensiya 240 manat olub:

“Üçfaizli indeksasiya tətbiq edildikdən sonra orta aylıq pensiya 229 manata, yaşa görə orta aylıq pensiya 250 manata qalxacaq”.

Onun sözlərinə görə, əmək pensiyalarının minimum məbləğinin 160 manata qaldırılmasından sonra bu rəqəm dəyişə bilər:

“Dövlət Statistika Komitəsinin üç faizli artım göstəricisi ilkin nəticədir. Lakin Dövlət Statistika Komitəsi iyun ayında yekun rəqəmi verəcək. O zaman bu rəqəm dəyişə bilər. Ancaq gözləntimiz odur ki, orta aylıq əmək pensiyası 5 faizə qədər artacaq”.

Maraqlı xəbərlər üçün  Az24saat.org saytının  FACEBOOK səhifəsini izləyin



Gözdən qaçırmayın:  Həbsdəki MTN generalı iddia edir ki, alınan milyonlar deputata verilib
Back to top button