2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Manşet

Co Biden Netanyahunu razı saldı -İran vurulmayacaq

ABŞ Prezidenti Co Bayden Yaxın Şərqdə daha büöyük bir münaqişənin qarşısını almaq ümidilə İsrail hökumətini İrana qarşı cavab zərbəsindən çəkindirdi, – deyə “The New York Times” mənbələrə istinadən bildirir.

İsrail, baş nazir Benyamin Netanyahu ilə ABŞ Prezidenti Co Bayden arasında telefon danışığından sonra bəzi nazirlər tərəfindən təklif edilən İrana qarşı cavab zərbəsindən imtina etdi.

Bu qərarın digər səbəbi İranın hücumunun nisbətən az ziyan vurması oldu. Mənbəyə görə, Baydenin İrana qarşı hücum əməliyyatlarına və onları dəstəkləməyəcəklərini bildirdikdən sonra Netanyahu anlayışını ifadə etdi.

Saytların yığılması Saytlarin yigilmasi

Ynet-in məlumatına görə, İsrail hakimiyyətləri raket hücumuna cavab olaraq İranın nüvə obyektlərinə zərbə endirmək imkanını müzakirə ediblər.

Buna baxmayaraq, İsrail hücuma “vaxtı gələndə” cavab verəcək. Bunu İsrailin hərbi kabinetinin üzvü Beni Gants bildirib. Onun sözlərinə görə, İsrail Tehran əleyhinə regional koalisiya yaratmaq niyyətindədir.

Ağ Ev İsrail ordusunun İran hücumuna münasibətdə üstünlük nümayiş etdirdiyini bildirdi. İranın İsrailə ciddi ziyan vurmaq cəhdinin “son dərəcə uğursuz” olduğu qeyd edilib.

24 saat

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button