Loading...
Loading...
Cəmiyyət

Azərbaycanda 20 min insan yazıb-oxuya bilmir – Rəsmi

sagird2Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının açıqladığı statistikaya əsasən, ötən il Azərbaycanda keçirilən buraxılış imtahanlarında oxuyub-yazmağı bilməyən yüzə yaxın məzun aşkar edilib.

Onlar 11-ci sinif şagirdləri arasında 24 nəfər, 9-cu sinif şagirdləri arasında isə 76 nəfərdir.

Təhsil Nazirliyi həmin şəxslərin kimliyi və hansı bölgədə təhsil almaları ilə bağlı AzVision.az-ın sorğusunu cavablandırıb.

Nazirlikdən verilən məlumatda bildirilib ki, Azərbaycan Dünya Bankının məlumatına əsasən ən yüksək savadlılıq səviyyəsinə malik olan ölkələrdəndir. Qeyd edilib ki, ölkədə əhalinin 99.79%-i oxuyub-yazma bacarığına malikdir. Əhalinin hər 10.000 nəfərindən 9979 nəfəri oxuyub-yazmağı bacarır. (Braziliyada bu rəqəm 91.48%, Türkiyədə 95.26%, Sinqapurda 96.54%, İspaniyada 98.08%, İtaliyada 99.07%-dir).

Nazirlikdən onu da bildiriblər ki, son zamanlar mətbuatda yayılan bəzi xəbərlərdə IX sinifdə 76 nəfər şagirdin (108,563 nəfərdən), XI sinifdə isə cəmi 24 nəfərin (88,363 nəfərdən) oxuyub-yaza bilməməsi faciə şəklində qələmə verilir. Halbuki, bu o deməkdir ki, IX sinifi bitirən 108.563 nəfər şagirdin 108.487 nəfəri oxuyub-yazma bacarığına və eləcə də digər savadlılığa malikdir. XI sinfi bitirən şagirdlərdən isə 88.363 nəfərdən 88.339 nəfəri həm oxuyub-yazma bacarığına, həm də digər savadlılığa malikdir. Bu isə faiz olaraq 99.93% və 99.97% göstərici deməkdir.

Təhsil Nazirliyindən, həmçinin bildirilib ki, oxuyub-yaza bilməyən şagirdlərin hansı rayonlardan olmasını, hansı məktəbi bitirmələrini, eləcə də onlardan neçə nəfərinin oğlan və ya qız olmasını aydınlaşdırmaq üçün TQDK-ya müraciət olunub.

Qeyd edək ki, Azərbaycan əhalisinin rəsmi sayı ilə (9 milyon 696 min 800 nəfər) nazirliyin yaydığı bu göstəricini müqayisə edəndə, məlum olur ki, Azərbaycanda 20,363 nəfər yazıb-oxuya bilmir.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button
Telegram kanalımıza abunə olun