Loading...
Loading...
İqtisadiyyat

Azərbaycanda balıqçılıq sahəsi üzrə subsidiyalaşma mexanizmi tətbiq oluna bilər

Azərbaycanda balıqçılıq sahəsi üzrə subsidiyalaşma mexanizmi tətbiq oluna bilər.

Azərbaycan Balıq İstehsalçıları və Emalçıları Assosiasiyası” İctimai Birliyinin İdarə Heyətinin sədri Zaur Salmanlı bildirib ki, bununla bağlı təkliflər yaxın vaxtlarda hökumətə təqdim olunacaq.

“Əfsus ki, Azərbaycanda balıqçılıq kənd təsərrüfatı sahəsinə aid edilmir. Biz bu sahənin kənd təsərrüfatı sahəsinə aid edilməsi üçün yaxın vaxtlarda hökumətə təkliflərlə müraciət edəcəyik. Təkliflərdə həmçinin balıqçılıq təsərrüfatlarının subsidiyalaşması mexanizmi də öz əksini tapıb. Yəni hər balıq növü üzrə subsidiya müəyyən edilib. Ümid edirəm ki, bizim müraciətimiz cavabsız qalmayacaq”, – deyə Z. Salmanlı qeyd edib.

APA

Instagram

 

 

Mənbə
“24 saat”

Gözdən qaçırmayın:  "Dilənçiyə" çevrilirlər: 84 milyard dollar zərər, siyahıda Ələkbərov da var

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button