Cəmiyyət

Azərbaycanda növbəti həqiqi hərbi xidmətə çağırış başladı

esger2Prezident İlham Əliyevin imzaladığı “Azərbaycan Respublikası vətəndaşlarının 2016-cı il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” sərəncama əsasən, bu gündən növbəti həqiqi hərbi xidmətə çağırış başlayıb.

Sərəncamla 1998-ci ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1981-1997-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və ölkə qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş vətəndaşlar aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılıblar.

Həmçinin, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 38.1.1-ci maddəsində nəzərdə tutulmuş xidmət müddətini keçmiş müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları bu gündən aprelin 30-dək ehtiyata buraxılacaqlar.

Xatırladaq ki, Prezident müvafiq sərəncamı martın 7-də imzalayıb.

Gözdən qaçırmayın:  Mahmudov bandası, televizor qutularında 10 milyon dollar və məhv edilən ailə

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button