2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Bank xəbərləriMaliyyə xəbərləriXəbərlər

Azərbaycan ABŞ ilə bank-maliyyə əməkdaşlığı perspektivlərini araşdıracaq

Bu il sentyabrın 25-29-da Amerika Birləşmiş Ştatları-Azərbaycan Ticarət Palatası (USACC) və Azərbaycan Banklar Assosiasiyasının (ABA) təşkilatçılığı ilə ABŞ-a Azərbaycan bank sektorunun nümayəndələrindən ibarət missiya təşkil olunacaq.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə USACC məlumat yayıb.

Missiyanın məqsədi bank və maliyyə sektorunda əməkdaşlığı və tərəfdaşlığı inkişaf etdirmək, tənzimləmə ilə bağlı təcrübə mübadiləsinə dəstək göstərmək və hər iki ölkənin bazarlarında əlverişli siyasətləri araşdırmaqdır.

Məlumata görə, ABŞ və Azərbaycan kənd təsərrüfatı, xidmətlər, texnologiya, bərpa olunan enerji, turizm və təhsil sahələrində ticarəti diversifikasiya etməklə iqtisadi əlaqələri genişləndirməkdə davam edir.

Azərbaycan Mərkəzi Bankının (AMB) rəhbərliyi ilə təşkil olunacaq missiya, iki ölkə arasında özəl sektorun dinamik əməkdaşlığı və kommersiya əlaqələrinin təkmilləşdirilməsi istiqamətində maliyyə xidmətləri ilə məşğul olmağı fəal şəkildə təşviq edəcək.

Banker.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button