2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan Brüsseldə Aİ, ABŞ və Ermənistanın “birgə konfransından narahatdır”

Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Ayxan Hacızadə çərşənbə axşamı günü deyib ki, “Toplantının hərbi komponentləri nəzərdə tutduğuna dair məlumatlar əlavə narahatlıq doğurur”, nazirliyin saytı yazıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan, ABŞ dövlət katibi Antony Blinken və Avropa Komissiyasının sədri Ursula von der Leyen aprelin 5-də Brüsseldə Ermənistanın inkişafı ilə bağlı məsələləri müzakirə etmək üçün görüş keçirəcəklər.

Saytların yığılması Saytlarin yigilmasi

“Bu halda, Aİ və ABŞ Ermənistanın sabitliyi pozan hər hansı mümkün hərəkətinə görə məsuliyyəti bölüşəcəklər”, – Ayxan Hacızadə bildirib.

Ermənistan, ABŞ və Aİ-nın Azərbaycan tərəfinin bəyanatına münasibəti hələlik bəlli deyil.

“Tədbirdə Ermənistanın inkişafına töhfə verəcək üçtərəfli əməkdaşlıq yollarının müzakirəsi planlaşdırılır. O, həmçinin Ermənistanın dayanıqlılığının artırılmasına yönəlib”, – ötən həftə Armen Qriqoryan deyib.

Bir neçə aydır ki, Ermənistan və onun Qərb tərəfdaşlarının Azərbaycanın Ermənistana hücum edə biləcəyi ilə bağlı narahatlıq iddiaları səslənir.

Prezident İlham Əliyev “Azərbaycanın Ermənistana hücum etmək planları olmadığını” deyib.

Azərbaycan tərəfi torpaqlarının Ermənistanın işğalında olduğu dövrdə BMT-nin dörd qətnaməsi olduğu halda, Aİ və ABŞ-dan “bu formada qeyd-şərtsiz dəstək almadığını” bildirib.

“Davamlı sülhə nail olmaq üçün unikal imkan yarandığı bir zamanda, biz bütün tərəfləri sülh səylərinə əks təsir göstərən və regionda yeni eskalasiya və gərginliyə səbəb ola biləcək addımlardan çəkinməyə çağırırıq”, – Azərbaycan XİN-nin sözçüsü deyib.

BBC

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button