2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan dolma ilə bağlı YUNESKO-ya müraciət edəcək

Azərbaycan milli yeməyimiz olan dolmanın bişirilmə ənənələri ilə bağlı YUNESKO-ya müraciət etməyə hazırlaşır.

Virtualaz.org xəbər verir ki, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bu gün Azərbaycan Milli Kulinariya Mərkəzinin 25 illik yubileyi ilə bağlı keçirilən tədbirdə bildirib.

Prezident İlham Əliyev tərəfindən son 10 ildə mədəniyyət və turizm sahəsinə dair 500-dən artıq sərəncam imzalandığını deyən Ə.Qarayevin sözlərinə görə, mədəniyyətimizi mətbəxsiz təsəvvür etmək mümkün deyil.

Saytların yığılması Saytlarin yigilmasi

Nazir həmçinin qeyd edib ki, nəinki torpaqlarımız, həmçinin mədəniyyətimiz də ermənilər tərəfindən təcavüzə məruz qalıb:

“Bu mətbəximizdən də yan keçməyib. Bildiyiniz kimi, lavaş ermənilər tərəfindən YUNESKO-ya erməni mətbəxi kimi təqdim olundu. Amma bu qəbul olunmadı. Biz hazırda milli mətbəximizə aid olan dolmanın da bişirilmə ənənələri ilə bağlı YUNESKO-ya müraciət etmək niyyətindəyik. İnşallah, Şuşada, Qarabağda mətbəx ənənlərimizi bərpa edəcəyik”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button