2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan istehsalı minatəmizləmə texnikası Ukraynada fəaliyyətə başlayıb

Azərbaycan istehsalı minatəmizləmə texnikası Ukraynada minatəmizləmə işlərinə cəlb edilib.

Toplum TV APA-ya istinadən xəbər verir ki, bunu noyabrın 28-də jurnalistlərə açıqlamasında Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

Onun sözlərinə görə, Azərbaycanda minatəmizləmə işlərində qısa müddətə yerli istehsal olan texnikalardan istifadə olunub.

Saytların yığılması Saytlarin yigilmasi

O bildirib ki, iki cür minatəmizləmə maşınları minaaxtarma işlərinə cəlb olunub.

“Hazırda ərazidə bu maşınlar çalışır. Qeyd edim ki, artıq bir yerli minatəmizləmə texnikası da Ukraynada minatəmizləmə işlərinə cəlb edilib”, – deyə rəsmi bildirib. 

ANAMA rəhbəri açıqlamasında həmçinin qeyd edib ki, Azərbaycanda minatəmizləmə işlərinə siçovullar cəlb olunub.

Onun sözlərinə görə, siçovullar hazırda Ağdam rayonunda olan minalı sahələrdədir:

“Siçovulları mina axtaran itlərlə müqayisə eləsək, üstün cəhətləri də var, itdən zəif cəhətləri də mövcuddur. Onların iş vaxtı itlərin iş vaxtından azdır. Hazırda siçovulların fəaliyyəti effektivdir”.

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button