2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycan manatının real effektiv məzənnəsi azalıb

Azərbaycan manatının real effektiv məzənnəsi 2016-cı il dekabr ayının 1-nə 90,3 bənd təşkil edib.

24saat.org-un məlumatına görə, “Report” Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, noyabrın 1-nə olan göstərici ilə müqayisədə 0,9 bənd aşağıdır.

Ötən ilin əvvəlinə olan göstərici ilə müqayisədə real effektiv məzənnə 19,7 bənd, əvvəlki ilin analoji dövrü ilə müqayisədə isə 32,8 bənd azalıb.

Saytların yığılması Saytlarin yigilmasi

Qeyd edək ki, real effektiv məzənnə 2000-ci ilin dekabrında 100 bənd qəbul edilərək hesablanmağa başlanılıb. Onun ən aşağı həddi (74,2 bənd) 2004-cü ildə qeydə alınıb.

Real effektiv məzənnənin artması manatın dəyərinin ticarət tərəfdaşı olan ölkələrin valyutaları ilə müqayisədə bahalaşması deməkdir. Bu da oz növbəsində ölkədən ixracın zəifləməsi və idxalın daha ucuz qiymətə həyata keçirilməsinə gətirib çıxarır.

“Report”un analitik qrupu Türkiyə lirəsi və Çin yuanının devalvasiyası səbəbindən manatın real effektiv məzənnəsinin dekabr ayında yenidən yüksəlişə keçəcəyini proqnozlaşdırır.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button