2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycan Naxçıvana asan çıxışı olmalıdır – İlham Əliyev

Bakı/06.12.23/Turan:  Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bu barədə İlham Əliyev Bakıda beynəlxalq konfransda çıxışında bildirib.

“Ermənistanın hazırda iki variant var. Birincisi, öz xərcləri, yaxud da Avropa fondlarının pulu ilə dərhal 42 kilometrlik məsafədə dəmir yolu çəksinlər. Biz bunu, əslində, onların suveren ərazisi hesab edirik və suverenliklə bağlı bizim şərtimiz yoxdur. Lakin Azərbaycandan Naxçıvana asan çıxış olmalıdır. Bununla bağlı hansısa gömrük yığımı, yoxlamalar, sərhədçilərin prosedurları olmalı deyil. Bu, bizim legitim hüququmuzdur”, deyə Əliyev bildirib.

O, Brüsseldə Ermənistanın baş naziri Nikol Paşinyanla bunu müzakirə etdiklərini qeyd edib. Rusiyanın Kalininqradla dəmir yolu xətti (Litvadan) təcrübəsinin tətbiq edilməsi mümkünlüyünü vurğulayıb. Lakin Ermənistan tərəfi bunu istəməyib və Azərbaycan İrandan alternativ marşrutu həyata keçirməyə başlayıb. Bundan sonra ermənilər “şikayət etməyə” başlayıblar və Dövlət Departamentinin nümayəndəsinin “qəribə” bəyanatı səslənib.

Saytların yığılması Saytlarin yigilmasi

“Biz Dövlət Departamentinin rəsmisindən müəmmalı bəyanat eşitdik. Birləşmiş Ştatlar qeyd etdi ki, əgər bu, Ermənistandan keçməsə, onlar buna imkan verməyəcəklər. Biz də öz-özümüzə sual veririk, bu nə deməkdir? Əgər istəyirsinizsə ki, bu, Ermənistan ərazisindən keçsin, onda bunu erməni dostlarınıza deyin.

Siz İranla münasibətlərimizə necə müdaxilə edə bilərəsiniz? Yəni, onlar deyirlər ki, biz buna icazə verməyəcəyik, imkan verməyəcəyik. Bu, necə olar bilər?

“Əfsuslar olsun ki, bu, əslində, sabitliyi, regiondakı proqnozlaşdırmanı daha da çətinləşdirir, o cümlədən bağlantı layihələrinə də təsir göstərir”, deyə Əliyev qeyd edib. 06B

 

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button