2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan Qarabağda qanunsuz yolun çəkildiyini deyir [Video]

Azərbaycan Müdafiə Nazirliyi (AMN) martın 24-də bildirib ki, Qarabağ iqtisadi rayonunda “qanunsuz” yol çəkilməsi həyata keçirilir.

Saytların yığılması Saytlarin yigilmasi

Nazirliyin açıqlamasına görə, “…Döyüş mövqelərinə hərbi daşımaların həyata keçirilməsi məqsədilə mühəndis və xüsusi texnikanın cəlb edilməsi ilə Xankəndi-Xəlfəli-Turşsu yolundan şimalda keçən yeni Xankəndi-Kosalar-Mirzələr-Turşsu yolunun çəkilməsi müəyyən edilib”.

Nazirlik vurğulayıb ki, “qanunsuz fəaliyyətlər nəticəsində baş verə biləcək tələfata görə bütün məsuliyyət rəsmi Yerevanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür”.

Bu məlumata, hələlik, Ermənistan Müdafiə Nazirliyi və başqa maraqlı tərəflərin münasibəti bəlli deyil.

Azərbaycan bundan əvvəl bir neçə dəfə bəyan edib ki, Ermənistan Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Qarabağa torpaq yolla (Xankəndi-Xəlfəli-Turşsu) hərbi daşımalar həyata keçirir. Ermənistanın Müdafiə Nazirliyi belə məlumatları “dezinformasiya” adlandırıb.

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirirlər. Onlar Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb edirlər. Ermənistan tərəfi isə Azərbaycanı bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda və humanitar böhran yaratmaqda ittiham edir.

2020-ci ildə İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib.

Həmin il Azərbaycan, Ermənistan və Rusiya rəhbərliyinin imzaladığı birgə bəyanatla döyüşlər dayandırılandan sonra Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

1988-ci ildə başlayan Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında döyüşlərə səbəb olmuşdu. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button