2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Quru Qoşunlarının komandanı Türkiyə ilə hərbi əməkdaşlıqdan danışıb

Müdafiə nazirinin müavini – Quru Qoşunların komandanı general-leytenant Ənvər Əfəndiyev Azərbaycanda səfərdə olan Türkiyə Milli Müdafiə Universitetinin rektoru professor Erhan Afyoncunun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

General-leytenant Ə.Əfəndiyev qonaqları salamlayaraq onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.

Nazir müavini Azərbaycan ilə Türkiyə arasında həyata keçirilən ikitərəfli hərbi əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu xüsusi vurğulayıb.

Görüşdə qardaş ölkə ilə birgə əməkdaşlıq çərçivəsində hərbi təhsilin daha da genişləndirilməsi, eləcə də qarşılıqlı maraq doğuran bir sıra mövzular ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlara Quru Qoşunları Komandanlığının yaranma tarixi və əsas fəaliyyət istiqamətləri barədə brifinq təqdim olunub.

Sonda Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzinə gələn türkiyəli nümayəndə heyətinə mərkəzlə bağlı zəruri məlumatlar verilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button