2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyasının iclası keçirilib

Moskvada Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 21-ci iclası keçirilib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Rusiyanın Baş nazirinin müavini Aleksey Overçukun sədrliyi ilə keçirilən iclasda hər iki ölkənin müvafiq dövlət strukturlarının rəhbərləri və səlahiyyətli nümayəndələri də iştirak ediblər.

Tərəflər Azərbaycan-Rusiya dostluq münasibətlərinin hərtərəfli inkişafından məmnunluq ifadə ediblər.

Qeyd olunub ki, Azərbaycan və Rusiya prezidentləri arasında fəal siyasi dialoq və şəxsi təmaslar ikitərəfli əməkdaşlığın bütün spektri üzrə yüksək dinamikanı təmin edir.

Vurğulanıb ki, Azərbaycan ilə Rusiya arasında ticari-iqtisadi münasibətlər çox müsbət tendensiyaya malikdir. 2022-ci ildə iki ölkənin ticarət dövriyyəsinin dəyəri 24 % artaraq 3,7 milyard ABŞ dollarını keçib.

Tərəflər həmçinin sənaye əməkdaşlığının uğurla inkişaf etdiyini vurğulayıblar.

Bildirilib ki, hər iki tərəf nəqliyyat və logistika əlaqələrinin inkişafına xüsusi önəm verir. Azərbaycan və Rusiya arasında yükdaşımaların həcmində müsbət artım dinamikası təmin edilib və bu, 2022-ci ildə 36 %-dən çox təşkil edib.

Tərəflər inkişafı üçün birgə səylərin göstərildiyi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin layihəsini prioritet hesab ediblər.

İclasın yekununda Protokol imzalanıb.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button