2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan-Türkiyə sənədləri imzalanıb

Fevralın 19-da Ankarada Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi keçirilib.

Toplum TV xəbər verir ki, imzalanan sənədlərdən biri Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumudur.  

İki ölkə həmçinin baytarlıq sahəsində əməkdaşlıq haqqında sazişi imzalayıblar. 

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan və Türkiyə arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında da saziş də imzalanıb.  

İlham Əliyev Rəcəb Tayyib Ərdoğan ilə birgə mətbuat konfransı zamanı bildirib ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub. Prezidentin sözlərinə görə, İkinci Qarabağ müharibəsi və ötən ilin sentyabrında keçirilən antiterror tədbirləri bunu bir daha sübut edib. 

Öz növbəsində Rəcəb Tayyib Ərdoğan isə Azərbaycan xalqına 6 fevral 2023-cü ildə baş verən zəlzələlər zamanı göstərdiyi həmrəyliyə görə təşəkkür edib. 

Türkiyə Prezidenti həmçinin diqqətə çatdırıb ki, Türk Dövlətləri Təşkilatının növbədənkənar zirvə görüşü bu ilin iyul ayında Şuşada keçiriləcək.
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button