2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
İqtisadiyyat

Azərbaycan Türkiyəyə verilən qazın həcmini 4% artırıb

Bu ilin fevral ayında Azərbaycandan Türkiyəyə 558,49 mln kubmetr qaz nəql edilib. Türkiyənin Enerji Bazarını Tənzimləmə Qurumu (EPDK) xəbər verir ki, Azərbaycandan Türkiyəyə qaz nəqli ötən ilin hesabat ayından 4,17% çox olub.

Azərbaycan qazının Türkiyənin ümumi qaz idxalında payı 14,1% olub.

Hesabat ayında Türkiyə ümumilikdə 3,964 mlrd. qaz idxal edib ki, bunun da 3,053 mlrd. kubmetri boru kəmərləri nəql olunub, 910,68 mln. kubmetri isə maye qaz (LNG) olub.

Saytların yığılması Saytlarin yigilmasi

Hesabat ayında qaz idxalı ötən ilin müvafiq ayından 14,47% az olub. Boru kəmərləri ilə qaz nəqli 17,11%, LNG-nin idaxlı isə 4,22% azalıb.

Türkiyəyə boru kəmərləri ilə İrandan 686,22 mln. kubmetr (0,33% az), Rusiyadan isə 1,808 mlrd. kubmetr (26,45% az) qaz nəql edilib. (“Report”)

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Back to top button