2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycan Ukraynaya növbəti humanitar yardımı göndərib

Azərbaycan Ukraynaya növbəti humanitar yardımı göndərib. 

Toplum TV xəbər verir ki, bu barədə dekabrın 8-də Energetika Nazirliyindən bildirilib.

Məlumata görə, Azərbaycan  Prezidentinin 2023-cü il 17 iyul tarixli Sərəncamına uyğun olaraq Ukrayna xalqına humanitar yardım göstərilməsi məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarının növbəti hissəsi bu gün yola salınıb.

Saytların yığılması Saytlarin yigilmasi

 

Sumqayıt Texnologiyalar Parkının ərazisindən 20 TIR-dan ibarət yük avtomobili karvanı ilə göndərilən humanitar yardıma 551 min metrdən çox elektrik kabelləri və naqilləri, həmçinin 6 ədəd komplekt transformator məntəqəsi daxildir.

 

Ümumi məbləği 7.6 milyon ABŞ dolları olan sözügedən humanitar yardımın ilk hissələri bu ilin 30 oktyabr və 21 noyabr tarixlərində Ukraynaya göndərilib. Növbəti hissələrin yaxın müddət ərzində göndərilməsi planlaşdırılır.

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button