2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycan xarici işlər nazirinin NATO baş katibinin müavini ilə görüşü

Bakı/15.11.21 Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Brüsselə  işgüzar səfəri çərçivəsində  NATO baş katibinin müavini Mirça Coana ilə görüşüb.

Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, görüşdə NATO-Azərbaycan tərəfdaşlığının aktual məsələləri, gələcək inkişaf perspektivləri, eləcə də regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bayramov  Azərbaycan-NATO tərəfdaşlığının bir sıra istiqamətləri üzrə əldə edilmiş nəticələrdən məmnunluğunu ifadə edib.

Saytların yığılması Saytlarin yigilmasi

O, Azərbaycanın  beynəlxalq sülh və təhlükəsizliyin qorunmasına dəstəyi kontekstində NATO əməliyyatlarına töhfəsi məsələsinə toxunub.

Nazir NATO rəsmisinə  bildirib ki, Azərbaycan ərazilərinin işğalı amili aradan qaldırıldıqdan sonra Bakı beynəlxalq hüquq prinsipləri əsasında Ermənistanla münasibətləri normallaşdırmağa hazırdır. 

NATO Azərbaycanın müdafiə islahatları və NATO missiyalarına töhfəsini yüksək qiymətləndirib. Baş katibin müavini Azərbaycana Alyans ilə tərəfdaşlığa, xüsusilə də Əfqanıstanda həyata keçirilən əməliyyatda iştirakına görə təşəkkürünü bildirib.

Tərəflər “Sülh Naminə Tərəfdaşlıq” proqramının məqsəd və prinsiplərinə uyğun olaraq, siyasi dialoq və praktiki əməkdaşlığın davam etdirilməsinə hazır olduqlarını bildiriblər.-1606D-

 

Turan

“24 saat”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button