2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Cəmiyyət

Azərbaycanda ailə faciəsi: Qaçırılan qızdan imtina etdilər

İmişlidə ailəsi qaçırılan qızdan imtina edib.

Ölke.az xəbər verir ki, rayonun kəndlərindən birində qıza elçi gələnlər rədd cavabı aldıqdan sonra bu yola əl atıblar. Əslən İmişlidən olan jurnalist Nadir Qocabəyli bu barədə sosial şəbəkədə yazıb:
“İndicə dəhşətli bir hadisə eşitdim. Rayonumuzdakı kəndlərdən birində qıza elçi gedib, rədd cavabı aldıqdan sonra avtomobildə olan şəxslər qızı kəndin ortasından götürüb qaçıblar. İki gün sonra qız telefon əldə edərək atasına zəng vurub və deyib ki, məni zorla qaçırıblar. Ancaq hələ toxunmayıblar, gəl, məni apar. Ata getməzdən qabaq öz atasıyla, yəni, qızın babasıyla məsləhətləşib. Baba buna razı olmayıb, deyib ki, o qızı qaytarıb gətirsən, heç kəs almayacaq. Qız məcburən o adama ərə getməli olub. Onu da qeyd edim ki, qızın babası hazırda orta məktəb müəllimidir”.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button