2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanda bələdiyyə sədrlərinə cinayət işi açılıb

Azərbaycanda bir neçə bələdiyyə sədri barəsində cinayət işi başlanılıb.

Toplum TV xəbər verir ki, bu barədə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsində qeyd olunub.

Bildirilib ki, keçən il bələdiyyələrlə bağlı aparılan araşdırmalar zamanı aşkar edilən qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib. Onlardan 15-i üzrə artıq cinayət işi başlanıb.

Saytların yığılması Saytlarin yigilmasi

Belə ki, Ağcabədi rayonu Rəncbərlər bələdiyyəsi sədri, Şabran rayonu Rəhimli bələdiyyəsinin sədri, Daşkəsən rayonu Əhmədli bələdiyyəsi sədri, Gədəbəy rayonu Qoşabulaq bələdiyyəsinin sədri, Abşeron rayonu Masazır bələdiyyəsinin sabiq sədri və Binəqədi rayonu Binəqədi qəsəbə bələdiyyəsinin qulluqçusu barəsində cinayət işi açılıb. 

Onlar barəsində qanunsuz torpaq sahəsi satmaq, büdcə vəsaitlərinin mənimsənilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə etmək və s. maddələrlə ittihamlar irəli sürülüb. 
 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button