2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanda iki avtomobildən birinin yaşı 20 ildən çoxdur

İqtisadçı ekspert Rövşən Ağayev

Saytların yığılması Saytlarin yigilmasi

Rəsmi statistika ölkənin avtomobil parkının vəziyyətilə bağlı ən son məlumatları açıqlayıb.
1.4 milyon ədəd minik avtomobilinin 45%-i (təxminən hər 2 avtomobildən birinin) yaşı 20 il və daha çoxdur.
Avtobus parkının vəziyyəti daha pisdir – 63% avtobusun yaşı 20 və üzərindədir.
Bahalı maşın markaları ilə də bağlı ilk dəfə daha detallı məlumat açıqlanıb.
Ölkədə 63 ədəd Rolls Roys var. Avtomobil satışı saytlarına baxdım, hətta istismar müddəti 10 ildən çox olanların qiyməti 250 min manatdan başlayır. Yenilərinin qiymtinin 500 min- 1 milyon manat aralığında dəyişdiyi deyilir.
327 ədəd Bentley var. Son 10 və daha az yaşı olanların qiyməti 170 -500 min manat intervalında dəyişir).
Bu marklardan 1 pillə aşağı sinifə aid olan Lincoln və Alfa Romeo kimi markalardan sayı 424 ədəddir – ilindən asılı olaraq bu markadan olan maşınlaırn sayı 50 -200 min intervalında dəyişir.
Bahalı markalar içərisində ən geniş yayılanı Land Rover-dir: avtomobil parkında maşınlardan–8661 ədəddir. İstismar müddəti 10 il və daha az olanların qiyməti 100 -450 min manat arasında dəyişir.
Bir dəfə bu barədə geniş yazmışdım – bahalı avtomobil markaları ölkədə varlı və ultra zəngin ailələrin sayı ilə bağlı ən azı 90% riyazi dəqiqliklə informasiya verir.
Maşın parkının yaşı isə ölkədə yoxsulluqla bağlı müəyyən təsəvvür yaradır. Əgər bir ölkədə hər 2 avtomobildən 1-nin yaşı 20 ildən çoxdursa, yoxsulların mütləq üstünlüyü barədə fikir söyləməyə imkan verir.
Zatən ölkədə az qala hər 3 ailədən 1-nin minik maşını var, onların da yarısı artıq metalloma gedəsidir

Azadlıq Qəzeti

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button