2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Xəbərlər

Azərbaycanda karantin 2 ay da uzadıldı

Xüsusi karantin rejiminin müddəti 2022-ci il noyabrın 1-i  saat 06:00-dək uzadılıb

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycanda xüsusi karantin rejiminin müddəti 2 ay da uzadılıb.

Bununla bağlı bugün, avqustun 23-də baş nazir qərar imzalayıb.

Həmin qərarla xüsusi karantin rejiminin müddəti 2022-ci il noyabrın 1-i saat 06:00-dək uzadılıb.

Qərar koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması məqsədilə izah edilib.

Bundan əvvəl ölkə ərazisində xüsusi karantin rejiminin müddəti 2022-ci il sentyabrın 1-i saat 06:00-dək olan dövrü əhatə edirdi.

Koronavirus pandemiyası ilə bağlı 2020-ci ilin martından Azərbaycanda karantin rejimidir. Ölkədə karantin müddəti mərhələlərlə uzadılıb.

Rejim yoluxma sayından asılı olaraq bu ara zaman-zaman sərtləşdirilsə də sonradan yumşaldılıb.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib.

Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 6,4 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Azərbaycanda isə indiyə qədər 810 minə yaxın şəxsin bu virusa yoluxduğunun aşkarlandığı, onlardan da 9 min 795 nəfərin vəfat etdiyi bildirilir.

AzadliqRadiosu

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button