2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanda qeydə alınmış hərbi cinayətlərin 99,1 faizi açılıb

Azərbaycan hərbi prokurorluqlarında düzgün qurulmuş istintaq metodikası və taktikası, səriştəli aparılan istintaq hərəkətləri, eləcə də tələb edilən səviyyədə prosessual rəhbərlik sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99,1 faizi açılıb.

Saytların yığılması Saytlarin yigilmasi

“Report” xəbər verir ki, bunu hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev deyib.

O bildirilib ki, Hərbi Prokurorluğun Azərbaycan Ordusu və başqa silahlı birləşmələrlə birgə işgüzar fəaliyyəti ölkədə hərbi xidmət əleyhinə olan cinayətlərin və hərbi qulluqçular tərəfindən törədilən bəzi qəbildən olan cinayətlərin sayının əhəmiyyətli dərəcədə azalması ilə nəticələnib: “Misal üçün, 2022-ci ilin dörd ayı ilə müqayisədə, 2023-cü ilin müvafiq dövründə qeydə alınmış hərbi xidmət əleyhinə olan cinayətlər 47,1 faiz, tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 33,3 faiz, hərbi xidmətdən yayınma cinayətləri 57,8 faiz, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 61,9 faiz və qəsdən adam öldürmə cinayətləri 50 faiz azalıb”.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button