2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Gündəm

Azərbaycanda Siyasi Məhbusların Azadlığı Uğrunda İttifaq: Azərbaycanda siyasi məhbusların sayı 254-ə çatıb

Son iki ayda siyasi məhbusların sayı 19 nəfər artıb.

Siyahıya 5 nəfər KİV nümayəndəsi, əsasən “Abzas Media” İnternet- nəşrinin direktoru və onun müavini Ülvi Həsənli və Məhəmməd Kekalov, həmin resursun baş redaktoru və əməkdaşı Sevinc Vaqifqızı və Nərgiz Absalamova, həmçinin Kanal-13 İnternet televiziyasının rəhbəri Əziz Orucov daxil olub.

Siyahıda yeni olanlardan biri Azərbaycanın Ləyaqətli  Oğullarının Birliyi Partiyasının sədri Rza Səfərsoy da daxil edilib. O, qanunsuz silah saxlamaqda ittiham olunaraq həbs edilib. Lakin hüquq müdafiəçilərinin fikrincə, o, sosial şəbəkələrdə hakimiyyəti tənqid etdiyinə görə təqib olunur.

Saytların yığılması Saytlarin yigilmasi

Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, siyasi məhbus  Elnur Həsənov yol polisini tənqid etdikdən sonra narkotik maddə alveri ittihamı ilə həbs olunub.

Şiə dindarlar arasından 12 dini fəal narkotik maddələrin qanunsuz dövriyyəsi ittihamı ilə həbs edilib.

254 siyasi məhbus 8 qrupa bölünüb:

Dəyişikliklər 11 nəfərin daxil olduğu “Jurnalistlər və bloqerlər” qrupunda baş verib;

“Müxalifət partiyalarının və hərəkatlarının üzvləri” – 13 nəfər, “dindarlar” – 183 nəfər.

Qalan qruplarda heç bir dəyişiklik olmayıb. Belə ki, “hüquq müdafiəçiləri” qrupunda  2 nəfər; Almaniyadan deportasiya edilmiş siyasi mühacirlər”- 5 nəfər; “Tərtər işi üzrə məhkumlar” – 7 nəfər; “Gəncə işi üzrə məhkumlar” – 22 nəfər;” ömürlük məhkumlar ” – 11 nəfər.

Siyahını Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus və Siyasi Məhbusların Monitorinqi Mərkəzinin rəhbəri Elşən Həsənov tərtib ediblər. –06D-

Turan İA

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button