2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanda yeni zavod açıldı – FOTO

2016-cı ilin dekabr ayında “Garant Aqro” MMC yem istehsal edən yeni zavodu istismara verib. 

Oxu.Az xəbər verir ki, şirkətin baş direktoru Rüfət Məmmədzadə qeyd edib ki, zavodun 1 saat ərzində istehsal gücü 10 ton məhsuldur:

“Məmulat xammalın qəbulu və resept üzrə komponentlərin çəkilməsindən başlayaraq qarışdırılmaya, mikrokomponentlərin əlavə edilməsinə və hazır yemin yüklənməsinə qədər istehsalın bütün mərhələlərindən keçir. Zavodun bütün avadanlığının idarə edilməsi avtomatik rejimdədir”.

Saytların yığılması Saytlarin yigilmasi

R.Məmmədzadənin sözlərinə görə, “Garant Aqro” şirkəti 2016-cı ildə istehsalat həcmini iki dəfə artırıb və hazırda bazara “Mərcan” brendi altında hər gün təzə məhsul çıxarır:

“İstehsal həcminin artması ilə əlaqədar yeni iş yerləri açılır və 2017-ci il üçün istehsalın həcminin daha iki dəfə artırılması planlaşdırılıb. “Garant Aqro” MMC şirkəti Avrasiya İqtisadi İttifaqın idxal edilən kənd təsərrüfatı məhsullarının keyfiyyətinə nəzarət üzrə müvafiq orqanların yoxlamasının keçən və bu iqtisadi ittifaqın üzvləri olan ölkələrə quşçuluq məhsullarının tədarükü sertifikatına malik olan, toyuq əti istehsal edən ilk yerli istehsalçılardan biridir”.

Şirkətin baş direktoru bəyan edib ki, ölkədə prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın qeyri-neft sahəsinin inkişafı üzrə genişmiqyaslı islahatlar aparılır, burada kənd təsərrüfatı prioritet sahələrdən biridir:

“Əlbəttə ki, bu, dünya bazarında neftin və neft məhsullarının qiymətinin ucuzlaşması ilə əlaqədar deyil. Bu islahatların təməli hələ, neftin dünya bazarında qiymətlərinin yetərincə yüksək olduğu 2004-cü ildə qoyulub, amma respublika rəhbərliyinin uzaqgörən siyasəti sayəsində respublikada regionların inkişafına dair ilk Dövlət Proqramı qəbul edilmişdi.

“Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafının Dövlət proqramları (2004-2008, 2009-2013, 2014-2018 illərdə)” və “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı”nın uğurla yerinə yetirilməsi nəticəsində ölkədə irimiqyaslı layihələr həyata keçirilib, yeni iş yerləri açılıb, iqtisadiyyatın müxtəlif sahələrində qabaqcıl texnologiyalar tətbiq edilib”.

Yuxarıda adı çəkilən Dövlət proqramlarının uğurlu layihələrindən biri kimi, bu gün yerli bazarı “Mərcan” brendi altında yüksək keyfiyyətli toyuq əti ilə təmin edən “Garant Aqro” MMC-ni nümunə göstərmək olar.

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button