2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycandakı Türkiyə vətəndaşlarının səsverməsi keçirilir, səfir səs verib – YENİLƏNİB

Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı qardaş ölkədə keçiriləcək prezident seçkilərinin ikinci turunda səs verib.

Saytların yığılması Saytlarin yigilmasi

“Report”un xəbərinə görə, o, səfirlik binasında açılan seçki məntəqəsində səsvermə hüququndan istifadə edib. 

“İkinci turda səs verdik. Ölkəmiz və millətimiz üçün xeyirli olmasını arzulayıram”, – C.Bağçı tviterdə yazıb.

Azərbaycanda yaşayan və işləyən Türkiyə vətəndaşlarının qardaş ölkədə mayın 28-də keçiriləcək prezident seçkilərinin ikinci turu üzrə səsverməsi başlayıb.

“Report”un səsverməni izləyən əməkdaşının xəbərinə görə, mayın 20-də Bakı vaxtı ilə səhər saat 08:00-dan etibarən seçki məntəqələri açılıb.

Üç gün davam edəcək proses Türkiyənin Bakıdakı səfirliyinin, eləcə də Gəncə və Naxçıvandakı Baş konsulluqlarının binasında təşkil olunub.

Azərbaycanda yaşayan türkiyəli seçicilərin sayı 6 600 nəfərə yaxındır.

Səsvermə bütün ünvanlarda mayın 22-i saat 22:00-da başa çatacaq.

Xatırladaq ki, mayın 14-də baş tutan seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. Bu mərhələdə “Cümhur İttifaqı”nın prezidentliyə namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri və hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan və “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu mübarizə aparacaq. İkinci turda ən çox səstoplayan namizəd növbəti 5 il üçün Türkiyə Prezidenti seçiləcək.

Qeyd edək ki, ilk turda Türkiyənin hazırkı Prezidenti Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb.

“Ata” siyasi blokunun namizədi Sinan Oğan 5,17% səs yığıb.

Foto: Firudin Səlim

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button