2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
ÖLKƏ

Azərbaycanın dövlət büdcəsinə fahişəlikdən 36 min manat vəsait daxil olub

Təkcə ötən il Azərbaycanın dövlət büdcəsinə fahişəlikdən 36 min manat vəsait daxil olub. bu barədə Dövlət Statistika Komitəsinin (DSK) məlumatında bildirilir.

 


DSK-nın məlumatına görə, 2015-ci ildə hüquq-mühafizə orqanları qədim peşə sahibləri olan 387 nəfəri saxlayıb və cərimələyib. Bu ilin sonunda yüngül əxlaqlı qadınlardan dövlət büdcəsinə daxil olan gəlirlərin bir qədər artacağı proqnozlaşdırılır. Çünki 2015-ci ilin dekabrında İnzibati Xətalar Məcəlləsinə əlavə edilən 524-cü maddəyə əsasən, cərimələr 40-80 manatdan 100 manata qədər artırılıb.
Seks-biznesin işçiləri nəzərəçarpacaq dərəcədə fəallaşıblar. Adının çəkilməsini istəməyən taksi sürücüsünün dediyinə görə, Azərbaycana turist axınından, xüsusilə də ərəbdilli turistlərin artmasından sonra Bakının “gecə kəpənəkləri” öz tariflərini artırıblar. Əvvəllər 20 manata “işləyənlər”, indi 100 manatdan aşağı pul verən müştərilərlə razılaşmırlar.
“Amma elə qadınlar da var ki, onlar öz xidmətlərinə görə 1000-3000 manat alırlar. Onlar, xüsusilə model görkəmli qızlardır ki, bilavasitə hotellərdə seks xidmətləri göstərirlər”, — taksi sürücüsü bildirib.
Yüngül əxlaqlı qadınların əsas hissəsi isə 50-60 manata masaj salonlarında işləyir. Yeri gəlmişkən, elə masaj salonlarının sayı paytaxtda xeyli artıb. Bir qisim qədim peşə sahiblərini isə şəhərkənarı kafelərdə, xüsusilə də Bakı-Sumqayıt yolunun kənarındakı məşhur istirahət mərkəzlərində tapmaq olar.
Qeyd etmək lazımdır ki, bir neçə il əvvəl, məhz Bakı-Sumqayıt yolunda hüquq-mühafizə orqanları kütləvi asayişi bərpa etmək məqsədilə, “istirahət zonası” adlandırılan onlarla birmərtəbəli tikililəri dağıdıblar. Lakin bundan sonra elə həmin ərazidə yağışdan sonra çıxmış göbələklər kimi bir neçə evcik tikilib.
Bununla yanaşı, Bakıda fəaliyyət göstərən taksi sürücüsünün sözlərinə görə, şəhərə ərəb ölkələrindən turistlər axmağa başlayandan sonra, qədim peşə sahibləri meyllərini onlara salmağa başlayıblar. Çünki onlar kifayət qədər əliaçıqdırlar. Özəl daşıma xidmətinin sürücüsü belə, tanışlıq üçün əlverişli olan bir sıra istirahət yeri və klubları tanıyır. O, tez-tez həmin yerlərə xariciləri daşıyır və hətta ərəb dilini öyrənməyə cəhd göstərir.
Qeyd edək ki, praktiki olaraq ölkədə hər cür fəaliyyət növü vergiyə cəlb olunur. Bu vəsaitlər ümumdünya iqtisadi böhranının baş verdiyi bu çətin dövrlərdə dövlət büdcəsini doldurmaq üçün bir vasitədir. Belə olan təqdirdə ortaya bir sual çıxır: Ölkədə heç də az pul qazanılmayan fahişəlik leqallaşdırılmayacaqmı?
Yeri gəlmişkən, məhz belə bir təkliflə bir neçə il əvvəl Milli Məclisdə deputat Siyavuş Novruzov çıxış etmişdi. O bildirmişdi ki, fahişəliyin leqallaşdırılması bir çox problemlərin qarşısını ala bilər: “Bir sıra Avropa ölkələri bu problemin həll yolunu tapıb və Azərbaycan da onların təcrübəsindən bəhrələnə bilər”.

Saytların yığılması Saytlarin yigilmasi

sputnik.az

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button