2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanın qeyri-neft məhsulları arasında xurma ixracı birinci olub

Ötən ay qeyri-neft məhsulları arasında ən çox xurma ixrac olunub

2023-cü ilin noyabr ayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında xurma (45,3 milyon ABŞ dolları) birinci, elektrik enerjisi (31,2 milyon ABŞ dolları) ikinci və qızıl (25 milyon ABŞ dolları) üçüncü olub.

Toplum TV xəbər verir ki, Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) təqdim etdiyi “İxrac icmalı”nda məlumat verilib.

Saytların yığılması Saytlarin yigilmasi

Məlumata görə, cari ilin noyabr ayının qeyri-neft ixracı 6,2% artaraq 321,85 milyon ABŞ dolları olub. Yeyinti məhsulları üzrə ixrac 114,8 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə ixrac isə 17,3% artımla 207 milyon ABŞ dolları təşkil edib.

2023-cü ilin noyabr ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya Federasiyası (122,4 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (52,9 milyon ABŞ dolları) ikinci və Gürcüstan (33,5 milyon ABŞ dolları) üçüncü olub.

 

“ToplumTv”

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button