2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər 2024-cü ildə Azərbaycanda həbsdə olan jurnalistlər
Siyasət

Azərbaycanla Xorvatiya arasında minatəmizləmə sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycanın Baş naziri Əli Əsədov noyabrın 6-da ölkəmizdə işgüzar səfərdə olan Xorvatiyanın Baş naziri Andrey Plenkoviç ilə görüşüb.

Saytların yığılması Saytlarin yigilmasi

Bu barədə “Report”a Nazirlər Kabinetindən bildirilib.

Görüşdə ali və yüksək səviyyəli təmasların, qarşılıqlı səfərlərin iki ölkə arasında münasibətlərin inkişafında mühüm rol oynadığı vurğulanıb.

Azərbaycan-Xorvatiya münasibətlərinin bir çox sahələrdə uğurla inkişaf etdiyi bildirilərək, iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq etdikləri qeyd olunub.

İqtisadi-ticari sahədə əməkdaşlığın artım dinamikasından məmnunluq ifadə olunub, ötən il ticarət dövriyyəsinin həcminin 28 % artdığı vurğulanıb.

Tərəflər investisiya sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yaxşı imkanların olduğunu qeyd ediblər.

Görüş zamanı minaların təmizlənməsi sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib. Hazırda Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin xətti ilə genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparıldığı vurğulanaraq, Xorvatiya ilə bu sahədə əməkdaşlığın mövcud olduğu qeyd olunub.

Tərəflər enerji təhlükəsizliyini bu gün qlobal gündəlikdə duran aktual məsələlərdən biri kimi qiymətləndiriblər. Azərbaycanın öz zəngin enerji ehtiyatları və infrastrukturu ilə Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verdiyi bildirilib.

Xorvatiyanın təbii qaz tədarükü mənbələrinin şaxələndirilməsi istiqamətində səyləri vurğulanaraq, bu baxımdan TAP layihəsinin davamı olan İon-Adriatik Qaz Boru Kəməri layihəsinin əhəmiyyəti qeyd olunub.

Görüşdə, həmçinin nəqliyyat-tranzit, bərpaolunan enerji, humanitar və qarşılıqlı maraq doğuran digər istiqamətlərdə ikitərəfli əlaqələrin perspektivləri müzakirə edilib.

Mənbə:Report

Saytların yığılması Saytlarin yigilmasi

Bənzər məqalələr

Bir cavab yazın

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Back to top button